Avropa Qran-Prisinin 3-cü test yürüşü keçirilir

Avropa Qran-Prisinin 3-cü test yürüşü keçirilir

Bakıda Formula-1 üzrə Avropa Qran-Prisinin 3-cü test yürüşü keçirilir. SİA-nın məlumatına görə, yürüşə hər biri 2 pilotdan ibarət 11 komanda qatılıb.

"Mercedes" komandasının heyətində Luis Hamilton və Niko Rosberq, "Ferrari"də Sebastian Fettel ilə Kimi Raykonnen, "Uilyams"ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. "Red Bull Racing" komandasında Daniel Rikkardo və Daniil Kvayt, "Force İndia"da Niko Hulkenberq ilə Serxio Peres, "Renualt"da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar. Bundan başqa, "Toro Rosso"nun heyətində Maks Ferstappen və Karlos Sainz, "Sauber"də Markus Erikson, Felipe Nasr, "McLaren"də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak edirlər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto "Manor", Roman Qrojan və Esteban Qutyerres isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Pilotlar öz bolidləri ilə bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. Təsnifat (sıralama) yürüşünə isə saat 17:00-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə