Berti Foqts macarlara məğlubiyyətin səbəblərini açıqladı

Berti Foqts macarlara məğlubiyyətin səbəblərini açıqladı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki \"Əl Şabab\" stadionunda Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə macarıstanlı futbolçuların xeyrinə başa çatıb. Oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts matç barədə fikirlərini bildirib: \"Rəqibimiz bu gün layiqli qələbə qazandı. Onlar daha sürətli oyun nümayiş etdirirdilər. Hiss olunurdu ki, futbolçuların çoxu Avropada oynayır. Onlarda qış fasiləsi olmadığından, futbolçuları formadadırlar. Bilirdim ki, bizi yaxşı, güclü rəqib gözləyir. Hücum qurduğumuz zaman 2 səhvə yol verdik və nəticədə qollar buraxdıq. Ümid edirəm ki, futbolçularım bugünkü oyunda çatışmazlıqları görüblər. Klublarına qayıdandan sonra bunun üzərində çox işləməlidirlər. Mart ayında çempionatda artıq bir neçə tur oynanılacaq. Həmin vaxt komandamın yaxşı formada olacağına ümid edirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə