Antonio Covinatsi GP2 seriyası üzrə 1-ci yarışda qalib olub

Antonio Covinatsi GP2 seriyası üzrə 1-ci yarışda qalib olub

Bakıda GP2 seriyası üzrə 1-ci yarış başa çatıb. SİA-nın məlumatına görə, "Prema Racing" komandasının pilotu Antonio Covinatsi birinci olub. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 57,944 saniyə olub.

Rusiyalı pilot Sergey Sirotkin (ART Grand Prix) 2-ci, İtaliyalı Rafael Marçello (Russian Time) 3-cü olublar.

Mükafatçılara kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Olimpiya çempionu Namiq Abdullayev təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə