6 pilot zəncirvari qəza törədib

6 pilot zəncirvari qəza törədib

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Prisinin 2-ci günündə GP2 seriyası üzrə 1-ci yarışa start verilib. SİA-nın məlumatına görə, halqanın ilk döngəsində qəza baş verib. Qəza nəticəsində 6 pilotun bolidi toqquşub və nəticədə pilotlar mübarizədən kənarlaşmalı olublar.

Filo Pas Armand ("Trident"), Marvin Kirkqover ("Karlin"), Pyer Qasli ("Prema Racing"), Serxio Kanamasas ("Karlin"), Aleks Linn (DAMS), Nikolya Latifinin (DAMS) yarışı tərk etdiyi bildirilir.

Qeyd edək ki, GP2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə