"Fərid Quliyev öz üzərində çox yaxşı işləyir. Çox şadam ki, bu futbolçu hazırda mənim komandamdaır. Mən onunla "Bakı"da bir yerdə işləmişəm. Fərid yenidən milliyə çağırılmaq həvəsindədi. Əminəm ki, o, yenidən formasını bərpa edəcək". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Simurq" klubunun baş məşqçisi Qyoko Hacievski deyib.
Hacievski komandasının yeni qurulduğunu və zamana ehtiyac duyduqlarını bildirib: "Komanda yeni oyunçulardan qurulub. Onların bir-birilərini başa düşməsi üçün zamana ehtiyac var. Düşünürəm ki, yaxşı heyət qurmuşam və mövsüm bizim üçün uğurlu olacaq".
Makedoniyalı mütəxəssis XX turda "İnter"lə baş tutacaq oyunla bağlı da fikirlərini açıqlayıb: "Onu deyə bilərəm ki, "İnter" çempionatın favoritlərindədir. Heyəti çoxdan qurulub, futbolçular bir-birilərinə tam uyğunlaşıb. Bizdə isə əksinə, demək olar ki, tam yeni heyətdi".

P.S: Qeyd edək ki, "Neftçi" baş məşqçisi Arif Əsədovun istəyi ilə Fəridi transferə çıxarmışdı. Bir neçə gün əvvəl Zaqatala klubu onu "Neftçi"dən 6 aylıq icarəyə götürdü.//fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB