İspaniyanın "Barselona" futbol klubu baş məşqçi Xose Qvardiola ilə olan müqaviləsinin müddətini 30 aprel 2012-ci ilə qədər uzatmağı qərara alıb. Siasport.az saytı xəbər verir ki, katalon klubunun rəsmi internet səhifəsi də bu barədə məlumat dərc edib. Son 3 mövsümü "Barselona"nın sükanı arxasında keçirən 40 yaşlı X.Qvardiolanın bu müqaviləyə yaxın günlərdə imza atacağı bildirilir. Baş məşqçi ilə müqaviləni uzatmaq qərarını alan klubun yeni seçilmiş prezidenti Sandro Rosell, bununla X.Qvardiola ilə yollarını ayırmayacağı barədə verdiyi vədini yerinə yetirmək istəyir. Xatırladaq ki, X. Gvardiola 3 il ərzində "Barselona"ya 2 dəfə İspaniya Çempionluğunu və daha 2 dəfə İspaniya Super Kubokunu. 1 dəfə Kral Kubokunu, 1 dəfə Çempionlar Ligasını, 1 dəfə Avropa Super Kubokunu və daha 1 dəfə də Dünya Klublar Kubokunu qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB