"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, komandanın ilk məşqi fitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla 18:45-də (Bakı vaxtı ilə 20:45) meydançada keçirilib. Komandanın axşamkı məşqi yağışlı hava şəraitində davam edib. Məşqdən öncə futbolçularla kiçik toplantı keçirən baş məşqçi Qurban Qurbanov onlara uğurlar arzulayıb və yeni transfer Arif Daşdəmirovu komandaya təqdim edib. Toplanışa dünən qoşulan Riçard Almeyda, Reynaldo Silva və Migel Madera da axşam məşqində iştirak edib.
Məşqə yüngül fiziki hazırlıqlarla başlayan komanda daha sonra çalışmalarını kross qaçışı ilə davam etdirib. Sonda futbolçular toplu çalışmalardan yararlanıblar. Bu gün komandanın iki məşqi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB