Roman Abramoviç “Arsenal”ın kapitanını “Çelsi”yə gətirir?

Roman Abramoviç “Arsenal”ın kapitanını “Çelsi”yə gətirir?

Belə getsə, İngiltərənin "Çelsi" futbol klubunun rusiyalı milyarder sahibi Roman Abramoviçin dünyada alıb-satmayacaqı futbolçu qalmayacaq. Siasport.az saytı xəbər verir ki, bunu deməyə əsas verən məsələ, rus milyarderin indi də "Arsenal"ın kapitanı olan ispaniyalı ulduz futbolçu Sers Fabreqası transfer etmək həvəsinə düşməsidir. Dünyanın ən yaxşı və reytinqli futbol klubunu yaratmaq üçün əllərini çərmalayan R.Abramoviç, belə getsə İspaniyanın "Barselona" futbol klubu ilə düşmənə çevriləcək. İngiltərənin "08 Lig TV"-nin internet portalında yer alan xəbərə əsasən, ara transfer dövründə "Liverpul"un ispaniyalı ulduzu Fernando Torresi 58 milyon avroya transfer edən "Çelsi"nin sahibi, indi də S.fabregası ələ keçirmək fikrinə düşüb. İngilis mətbuatının yazdığına əsasən, rus milyarder bu transferdə israrlıdır. O, bu transferlə F.Torreslə S.Fabreqasın "Çelsi"də uğurlu tandemini yaratmaq istəyir. Mövsümün sonunda S.Fabreqas üçün 50 milyon avronu gözdən keşirməyi düşünən "zadəganlar"ın prezidenti, indidən "topçularla" danışıqlara başlayıb. Onun "Arsenal" rəhbərliyini və baş məşqçi Arsen Vengeri razı salmaöa çalışdığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə