Cavid İmamverdiyev: \"Fevralın 13-də baş tutacaq görüş Premyer Liqanın ən baxımlı matçlarından biri olacaq\"-MÜSAHİBƏ
- \"Neftçi\"ni qarşıda \"Xəzər Lənkəran\"la vacib görüş gözləyir. Oyunöncəsi hansı hissləri keçirirsən?
- \"Böyuk oyun\"da baş məşqçimiz mənə şans versə, bu mənim \"Neftçi\"nin heyətində \"Xəzər Lənkəran\"a qarşı ilk oyunum olacaq. Bildiyiniz kimi mən \"Karvan\"ın heyətində çıxış etdiyim zaman artıq Lənkəran təmsilçisinə qarşı mübarizə aparmışam. \"Neftçi\" və \"Xəzər Lənkəran\" arasında həmişə prinsipial oyunlar olub. Fevralın 13-də baş tutacaq görüş Premyer Liqanın ən baxımlı matçlarından biri olacaq. Bu oyun ətrafında hər zaman gərgin atmosfer olur. Belə oyuna köklənməyə ehtiyac yoxdur.
- Özünü \"Böyük oyun\"a hazır sayırsan. Meydanda 90 dəqiqə mübarizə apara biləcəksən?
- Əlbəttə, \"Xəzər Lənkəran\"a qarşı mübarizə aparmaq mənim çoxdankı arzumdur. Meydanda 90 dəqiqə mübarizə aparmağa tam hazıram. Antalyada təlim-məşq toplanışında olarkən biz bu oyuna hazırlaşırdıq və bütün fikrimizi bu oyuna yönəltmişik. İnanıram ki, \"Xəzər Lənkəran\" üzərində qələbə qazanaraq turnir cədvəlindəki liderliyimizi davam etdirəcəyik.
- Buradan azarkeşlərə nə demək istərdin?
- Bütün azarkeşləri, bütün \"Neftçi\" sevərləri bu oyuna dəvət edirəm. Gəlsinlər, bizi bu oyunda dəstəkləsinlər, çünki azarkeş komandanın 12-ci oyunçusudur. Onların tribunaları ağ-qara rənglərə bürüməsini istəyirəm. Biz isə öz qələbəmizlə onları sevindirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB