Deyəsən UEFA prezidenti Mişel Platini də "Barselona"nın əvsanəvi argentinalı futbolçusu Leonel Messinin fanatları sırasında yer alır. Siasport.az saytı xəbər verir ki, UEFA prezidenti argentinalı futbolçunun tərifini göylərə qaldıraraq bildirib ki, L.Messi indi öz komandasının, yəni "Barselona"nın brilyant varlığıdır. UEFA-nın fransız əsilli prezidenti İspaniyanın "Mundo Deportivo" qəzetinə verdiyi açıqlamada bildirib ki, argentinalı həm də insani keyfiyyətləri ilə seçilir: "O hər bir fövqəladə vəziyyətdə öz komandası üçün birlyan varlıqdır. Bu artıq sübuta yetirilmiş məsələdir. Eyni zamanda onun insani tərəflərini də qiymətləndirməmək olmaz. Bu insan "Qızıl Top Mükafatı"nı alan zaman bu mükafata daha çox komanda yoldaşlarının da layiq olduqlarını bildirdi. Bu çox gözəl mövqedir. Eyni zamanda unutmaq olmaz ki,o öz komandasında Xavi, Inyesta, Puyol, Alveş kimi güclü futbolçularla bir komandada oynayır. Onun güclü texnikaya və qol epizodlarına sahib olmasında bu futbolçuların da böyük rolu var. Əgər məndən soruşsanız ki, L.Messini hazırda dünyanın gəlib-keçmiş ən yaxşı futbolçusu saymaq olar, onda mən sizdən bu suala cavab tapmaq üçün 2-3 il vaxt istəməli olacaqam. Çünki hər ilin və nəslin öz yaxşı futbolçusu var. Bəlkə sabah daha bir ulduz futbolçu ortaya çıxacaq. Amma bu gün L.Messi mənim nəzərimdə sadəcə brilyant futbolçudur."-deyə UEFA prezidenti fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB