Çexiya - Xorvatiya görüşünün ən yaxşı futbolçusu məlum olub

Çexiya - Xorvatiya görüşünün ən yaxşı futbolçusu məlum olub

"Avro-2016"nın D qrupunda keçirilən Çexiya – Xorvatiya görüşünün (2:2) ən yaxşı futbolçusu məlum olub. SİA-nın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Xorvatiya millisinin futbolçusu İvan Rakitiç matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, Rakitiç matçın 59-cu dəqiqəsində komandasının ikinci qolunu vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə