"Avro-2016"nın D qrupunun II turunda keçirilən Çexiya - Xorvatiya matçının sonları qalmaqalla yadda qalıb. SİA-nın məlumatına görə, buna azarkeşlərin meydana pirotexniki vasitələr atması səbəb olub. Daha sonra xorvat azarkeşlərin olduğu tribunada dava düşüb. Bu səbəbdən matçın ingiltərəli baş hakimi Mark Klattenburq oyunu yarımçıq dayandırmalı olub. Lakin Fransa jandarmasının hadisələrə müdaxiləsindən sonra 4 dəqiqəlik fasilənin ardından oyun bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB