Rəşad Abdullayev: "Xəzər Lənkəran"la oyun 3 xallıq yox, 6 xallıq matçdır"-AÇIQLAMA

Rəşad Abdullayev: "Xəzər Lənkəran"la oyun 3 xallıq yox, 6 xallıq matçdır"-AÇIQLAMA
"Neftçi" PFK-nın yarımmüdafiəçisi Rəşad Abdullayev "Xəzər-Lənkəran"la oyun öncəsi klubun rəsmi saytına öz fikirlərini bildirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Xəzər Lənkəran"- "Neftçi" oyunları həmişə prinsipial olub. Bu oyun mənim üçün ən vacib oyunlardan biridir. Düzdür, Premyer Liqada zəif rəqib yoxdur. Amma bu bir derbidir, 3 xallıq yox, 6 xallıq oyundur. Mən özüm "Xəzər-Lənkəran"da çıxış etmişəm və bu komandaya yaxşı bələdəm, keçmiş komandama qarşı çıxış edəcəm. Bir növ keçmiş klubuma qarşı mübarizə aparmaq mənim üçün bir stimuldur. Çalışacağam ki, oyunumla komandama xeyir verim. İnanıram ki, ilk görüşdəki məğlubiyyətin əvəzini çıxaraq, qələbə qazanacağıq. Belə olan təqdirdə turnir cədvəlində liderlik mövqeyimizi daha da möhkəmlədəcəyik. Mən bütün "Neftçi"sevərləri derbi oyununa dəvət edirəm, gəlsinlər bizi dəstəkləsinlər və bizdə öz növbəmizdə onlara qələbə sevinci yaşadaq".

Bütün xəbərlər Facebook səhifəmizdə