Bu gün "Avro-2016"da daha iki oyun keçirilib. D qrupunun ilk görüşündə Çexiya və Xorvatiya yığmaları üz-üzə gəlib. İlk görüşündə Türkiyə ilə matçdan qalib ayrılan xorvatlar çexləri də məğlub edərək 1/8 finala adını yazdırmağa çalışacaqdı. Ante Çaçiçin komandası 2:0 hesabı ilə öndə olsa da, matçın sonlarında qələbəni əldən veriblər - 2:2.
Komandalar meydana aşağıdakı tərkibdə çıxıb:
Çexiya: 1. Peter Çex, 2. Pavel Kaderabek, 5. Roman Habnik, 6. Tomaş Sivok, 8. David Limberski, 10. Tomaş Rositski (k), 13. Yaroslav Plasil, 19. Ladislav Krejçi, 20. Jiri Skalak, 21. David Lafata, 22. Vladimir Darida
Xorvatiya: 23. Daniel Subaşiç, 3. İvvan Striniç, 4. İvan Perişiç, 5. Vedran Corluka, 7. İvan Rakitiç, 10. Luka Modriç, 11. Dario Srna (k), 14. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 19. Milan Badelj, 21. Domaqoy Vida
20:00. Çexiya - Xorvatiya - 2:2
Qollar: İvan Perişiç, 37 (0:1), İvvan Rakitiç, 59 (0:2), Milan Şkoda, 76 (1:2), Tomaş Neçid, 90+3-pen (2:2)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.
"Avro-2016"nın D qrupunun II turunda keçirilən Çexiya - Xorvatiya matçının sonları qalmaqalla yadda qalıb. Buna azarkeşlərin meydana pirotexniki vasitələr atması səbəb olub.
Daha sonra xorvat azarkeşlərin olduğu tribunada dava düşüb. Bu səbəbdən matçın ingiltərəli baş hakimi Mark Klattenburq oyunu yarımçıq dayandırmalı olub. Lakin Fransa jandarmasının hadisələrə müdaxiləsindən sonra 4 dəqiqəlik fasilənin ardından oyun bərpa olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB