"Avro-2016"da qrup mərhələsinin II turunun oyunları davam edir. SİA-nın məlumatına görə, günün ilk qarşılaşması E qrupunda keçirilib. İtaliya İsveçlə münasibətlərinə aydınlıq gətirib. İlk oyunda Belçikaya qalib gələn italiyanlar bu görüşdə də qələbə qazanacağı təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəkdi. Matçın 88-ci dəqiqəsində Ederin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanan İtaliya son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayıb.
Daha öncə turnirin ev sahibi olan Fransa millisi də qrup mərhələsində keçirdiyi iki görüşü də qələbə ilə başa vuraraq 1/8 finala yüksəlib.
Qeyd edək ki, bu qrupun digər oyunu - Belçika - İrlandiya matçı sabah keçiriləcək.
17 iyun
E qrupu
İtaliya - İsveç - 1:0
Qol: Eder, 88 (1:0)
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Tuluza. Tuluza şəhər stadionu.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | İtaliya | 2 | 2 | 0 | 0 | 3-0 | 6 |
| 2 | İrlandiya | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| 3 | İsveç | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
| 4 | Belçika | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB