"Xəzər Lənkəran" Futbol Klubu daha bir futbolçunun transferini rəsmiləşdirdi. Siaport.az saytı xəbər verir ki, heyətə qoşulan növbəti legioner Portuqaliyalı müdafiəçi Simao Martins Brunodur. 25 yaşlı müdafiəçi komanda ilə 1 illik müqaviləyə imza atıb.
Sol cinah müdafiəçisi olan Bruno peşəkar karyerasına doğma ölkəsində, "Barreirense" klubunda başlayıb. Bundan əlavə, futbolçu müxtəlif illərdə Rumıniya və Slovakiya çempionatlarında da forma geyinib. Müdafiədən hücumlara qoşulmağı sevən Simaonun yarımmüdafiəçi mövqeyində də oyun təcrübəsi var. Müxtəlif formalarda 100-dən artıq oyun keçirmiş Portuqaliyalı futbolçunun son iş yeri isə Rumıniyanın "Astra" (Ploeşti) klubu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB