Bakıda GP2 seriyasında təsnifat yürüşləri başlamamış dayandırılıb. Məlum olub ki, səhər məşqləri zamanı Formula-1-in bir çox maşınlarının şinləri zədələnib. Problemi porebrikləri asfalta bərkidən boltlar yaradıb. Ağırlığa davam gətirməyən boltlar boşalaraq açılıb və şinlərə ziyan vurub.
SİA xəbər verir ki, Almaniyanın "Auto Motor und Sport" nəşrinin məlumatına görə, söhbət birinci məşq zamanı istifadə olunan dəstlərin 90 faizinin sol arxa şininin səthinin zədələnməsindən gedir. Şinlərdə kiçik cızıqlar yaranıb, amma bu zədələrdən heç biri nəticəsində təzyiq itirilməyib.
Nəticədə vintləri qaynaqla bərkitmək qərara alınıb. FIA yürüşlərinin direktoru Çarli Uaytin təsdiqləyib ki, indiki mərhələdə işlər başa çatıb.
O bildirib ki, Bakı trasında porebriklərin möhkəm bərkidilməsi yekunlaşıb və ikinci məşq vaxtında başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB