GP2 kvalifikasiyasının vaxtı dəyişdi

GP2 kvalifikasiyasının vaxtı dəyişdi

Formula-1 maşın şinlərinin məşq zamanı porebrikə görə zədələnməsi bəlli olduqdan sonra GP2 kvalifikasiyasının vaxtı dəyişdirilib. SİA-nın məlumatına görə, Formula-1-in yürüş direktoru, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nümayəndəsi, Formula-1-in texniki departamentinin rəhbəri Çarli Uaytinq FIA-nın nümayəndələri və heyətlə birlikdə zədələnmənin səbəbini tapmaq üçün trası yoxlamağa gedib. İkinci döngədəki daxili porebrik xüsusilə diqqəti cəlb edib, onun bərkidilməsi möhkəmləndirilib, lakin digər bərkitmələr barədə də şübhə yaranıb.

Fasilədən sonra təhlükəsizliyə zəmanət məqsədilə kvalifikasiyanın vaxtını dəyişmək qərara alınıb. Onun nə vaxt keçiriləcəyi Formula-1-in ikinci məşqindən sonra elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə