AZAL qış transfer dövründə müqavilə bağladığı futbolçuları mətbuata təqdim etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyi artıq tədbirin keçiriləcəyi günü və yeri də müəyyənləşdirib. Belə ki, fevralın 10-da saat 19.30-da "Airport" oteldə komandaya cəlb olunan yeni oyunçular mətbuata tanıdılacaq. Həmin gün beloruslu Gennadi Blizniuk, bolqarıstanlı Enyo Krastovçev, serbiyalı Mensur Limani, latviyalı Ritus Krjauklis və həmyerlimiz Cavid Rəhimov jurnalistlər qarşısına çıxarılacaq. Təqdimetmə mərasimindən sonra AZAL rəsmilərinin iştirakı ilə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə