Azərbaycanın "İqtisadçı" voleybol klubu bu gün "Çelenc Cup" turnirinin 1/8 final mərhələsinin cavab matçında Rumıniya təmsilçisi "Stiinta" ilə üz-üzə gəlib. Siasport.az saytı xəbər verir ki, komandamız "Sərhədçi" Olimpiya Mərkəzində baş tutmuş oyunda qələbə qazanıb. Polşalı Marek Lagierski və rusiyalı Aleksandr Tubilovun idarə etdiyi matçın ilk setində Bakı təmsilçisi asanlıqla qələbə qazanıb-25:17. İkinci set daha gərgin keçib. Ancaq buna baxmayaraq, "İqtisadçı" yenə üstün olub-26:24. Üçüncü setdə isə rəqib qələbə qazanıb-26:24. Növbəti setdə "İqtisadçı" "Stiinta"nı meydana çıxdığına peşman edib və böyük xal fərqi ilə oyuna öz imzasını atıb-25:10.
Beləliklə komandamız 1/4 finala vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB