Viana da Silva: "İndi məni düşündürən əsas məsələ "Xəzər-Lənkəran"a qarşı keçirəcəyimiz oyundur"
Braziliyalı müdafiəçi Alessandro Viana da Silva "Neftçi"nin rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Hazırda vətənimdə zədəmin müalicəsini davam etdirirəm. Fevralın 20-nə qədər komandamın düşərgəsinə qoşulacam. O anı səbirsizliklə gözləyirəm. İndi məni düşündürən əsas məsələ fevralın 13-də "Xəzər-Lənkəran"a qarşı keçirəcəyimiz oyundur. Təəssüf ki, bu görüşdə komanda yoldaşlarıma kömək edə bilməyəcəm. Ancaq bilirəm ki, onlar bu matçda var güclərini ortaya qoyub qələbə qazanaraq, mənim yoxluğumu unutduracaqlar. Komandamız qış fasiləsində lazımlı transferlər həyata keçirib. Ürəyim onların yanındadır. Rəhbərliyin qarşımıza qoyduğu çempionluq hədəfinə çataçağımıza əminəm. Buradan "Neftçi"nin sadiq azarkeşlərini bu görüşdə komandamızı dəstəkləməyə səsləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB