Formula-1 üzrə Avropa Qran-Prisinin 1-ci test yürüşü başlayıb

Formula-1 üzrə Avropa Qran-Prisinin 1-ci test yürüşü başlayıb

Bu gün Bakıda Formula-1 üzrə Avropa Qran-Prisinin 1-ci test yürüşü başlayıb. SİA-nın məlumatına görə, yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb.

"Mercedes" komandasının heyətində Luis Hamilton və Niko Rosberq "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Uilyams"ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. "Red Bull Racing" komandasında Daniel Rikkardo, Daniil Kvayt, "Force İndia"da Niko Hulkenberq və Serxio Peres, "Renualt"da isə Kevin Maqnussen ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Maks Ferstappen və Karlos Sainz, "Sauber"də Markus Erikson, Felipe Nasr, "McLaren"də Fernando Alonso və Censon Batton yürüşdə iştirak edirlər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto "Manor", Roman Qrojan və Estabean Qutyerres isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Pilotlar öz bolidləri ilə 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.

İyunun 18-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. İyunun 19-da isə Formula-1 azarkeşləri Avropa Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə