Yaşar Bəşirov: “Bizə Gənclər və İdman Nazirliyindən cəmi 20 min pul ayrılıb, ancaq hələ vərməyiblər”-ÖZƏL
"İlin əvvəli olduğuna görə maliyyə vəziyyətimiz pisdir. Bizə Gənclər və İdman Nazirliyindən cəmi 20 min pul ayrılıb, ancaq hələ vərməyiblər. Deyirlər Avropa Çempionatına gedin-qayıdın sonra veriləcək. Federasiyanın isə çempionata getmək üçün imkanı yoxdur". Bu sözləri siasport.az saytına açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. O, vəziyyətlə bağlı nazirliyə yenidən müraciət etdiklərini, ancaq maliyyə vəsaitinin verilmədiyini bildirib. Federasiya prezidenti bir neçə dəfə belə halların baş verdiyini, ancaq sponsorlar və şəxsi hesablarına yarışa gedib-gəldiklərini, sonradan pulun ödənildiyini vurğulayıb: "Amma bu dəfə pul tapa bilmədik. Ona görə də yeniyetmələr və gənclər arasında Avropa Çempionatında iştirak edə bilmədik".
O, heç bir yarışa tam heyətlə qatıla bilmədiklərini önə çəkib: "Pul az olduğuna görə, ümumiyyətlə bütün yarışlara tam heyət apara bilmirik. Avropa Çempionatına isə həm qızlar, həm də oğlanlar qatılmalı idi. Bizə 15 min pul lazım idi".
O, karatenin WKF növünün Olimpiya növləri sırasına daxil olacağının gözlənildiyini, bu növə daha çox pul ayrılmalı olduqlarını deyib: "Mən demirəm digər 18 federasiyaya pul lazım deyil. Ancaq bu federasiya karate federasiyaları arasında Milli Olimpiya Komitəsi tərəfindən tanınmış yeganə qurumdur. 1999-cu ildə 109-cu konfransda bu növün Olimpiya növləri sırasına salınması barədə təklif olunub, qol çəkilib. Ancaq nə vaxt təyin olunacaq bilmirəm. Onda Azərbaycanı Olimpiya Oyunlarında biz təmsil edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB