Qus Hiddink “Beşiktaş”ı türk klubu saymır?

Qus Hiddink “Beşiktaş”ı türk klubu saymır?

Futbol üzrə Türkiyə Milli Komandasının baş məşqçisi Qus Hiddink, İstanbulun "Beşiktaş" futbol klubunu qəzəbləndirəcək bəzi açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Milli Komandanın düşərgəsinə cəlb edəcəyi futbolçularla bağlı jurnalistlərin suallarını cavablandıran Q.Hiddinq, İstanbul klubunu tənqid hədəfinə alıb. "İsmət İnönü" stadionunda Türkiyə Milli Komandasının təlim-məşq toplanışlarını keçirən məşhur hollandiyalı futbol mütəxəssisi bildirib ki, Milli Komandaya futbolçular seçərkən onların öz komandalarında necə oyun sərgləmələrini və fiziki-taktiki hazırlıqlarını mütləq nəzərə alır: "Bu çox vacibdir. Çünki futbolçu milli komandada çıxış edəcək. Buna görə də mühüm əhəmiyyət kəsb edən oyunlara hazır formada gəlməlidir. Həm fiziki, həm də taktiki baxımdan. Heç bir futboçunu adına-sanına görə yığmaya çağırmırıq. Futbolçu formada deyilsə, onda onu yığmaya çağırmağın nə mənası var?. Mən "Beşiktaş"dan futbolçu çağıra bilmərəm yığmaya. Niyə?,- çünki oradakı türk əsilli futbolçular əvəzinə, digər ölkələrin milli komandalarında çıxış edən futbolçular əsas heyətdə yer alırlar. Belə olan halda mən məşqçi tərəfindən ehtiyat skamyada əyləşdirilən futbolçuya necə dəvət göndərim?-deyə Q.Hiddink fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə