Azərbaycan Milli Karate Federasiyası maliyyə böhranına düşüb

Azərbaycan Milli Karate Federasiyası maliyyə böhranına düşüb
Azərbaycan Milli Karate Federasiyası (AMKF) maliyyə problemi ilə üzləşib. Bu barədə siasport.az saytına federasiyadan məlumat daxil olub. Məlumatda bildirilir ki, federasiyada ciddi maliyyə çatışmazlığı yaranıb. Belə ki, bu problemə görə, federasiya artıq idmançıları yarışa göndərə bilmir. Daxil olan məlumata əsasən, federasiya maliyyə çatışmazlığından milli yığma komandanın gənclər və yeniyetmələr arasında keçirilən Avropa Çempionatında iştirakını təmin edə bilmir.
Məsələ ilə əlaqədar olaraq AMKF-nın prezidenti Yaşar Bəşirovla əlaqə yaratmağa çalışırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə