Fernando Torres “Liverpul” rəhbərliyini “topa tutdu”!

Fernando Torres “Liverpul” rəhbərliyini “topa tutdu”!

"Çelsi"-"Liverpul" derbisində keçmiş komandasının azarkeşləri tərəfindən fitə basılan və "xain" kimi təqdim olunan "Çelsi" futbol klubunun ispaniyalı forvardı Fernando Torres bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, keçmiş komandasının azarkeşləri tərəfindən min bir təhqirə məruz qalan ispaniyalı forvard nəhayət ki, dilə gələrək keçmiş komandasından ayrılmasının səbəblərini ingilis mətbuatına açıqlayıb. "Liverpul" azarkeşlərinin onu "satqın" adlandırmalarını heç cürə qəbul edə bilməyəcəyini deyən F. Torres həmin azarkeşlərin cəmi bir ay bundan əvvəl onun şəninə təriflər yağdırdığını da dilə gətirib: "Mən indi nə "Liverpul"luyam, nə də "Çelsi"li. Mən futbolçuyam. Bəli, mən həmişə qeyd etmişdim ki, İngiltərədə "Liverpul"dan başqa heç bir komandanın formasında çıxış etməyəcəyəm. Bu tamamilə dogrudur. Bu sözün arxasından da qaçmıram. Amma mən bu sözləri söyləyəndə "Liverpul" ilə Çempionlar Ligasının finalını oynadıq, İngiltərə Premyer Ligasını isə 2-ci yerdə bitirdik. Qarşımızdakı tək hədəf isə şübhəsiz ki, hər iki kuboku da qazanmaq idi. Amma bunun qarşılığında klub rəhbərliyi nə etdi? Yeni transferlərlə klubu gücləndirmək əvəzinə olan-qalan futbolçuları da satıb sakitcə oturdu. Baxın, Masckeranonu "Barselona"ya, Alonsonu "Real Madrid"ə satdıqları gündən artıq mənim "Liverpul"dan gözləyəcəyim heç bir şey qalmadı. Rəhbərlik verdiyi sözü yerinə yerirmədi. Bir də təkrar edirəm ki, "başqa ingilis klubunda oynamaram" dedim. Amma o vaxt sərtlər və vəziyyət başqa idi. Klub rəhbərliyi qoy öz səhvlərini üzərimə yıxmasınlar"-deyə ispaniyalı futbolçu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə