Almaniya - Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib

Almaniya - Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib

"Avro-2016"nın C qrupunda keçirilən Almaniya - Polşa matçının (0:0) ən yaxşı futbolçusu məlum olub. SİA-nın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Almaniya millisinin müdafiəçisi Jerom Boatenq matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, 90 dəqiqə meydanda mübarizə aparan Boatenq müdafiədə diqqətli oynaması ilə komandasının qapısını toxunulmaz saxlamasında önəmli rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə