Ukrayna məğlub olub, Almaniya heç-heçə edib

Ukrayna məğlub olub, Almaniya heç-heçə edib

"Avro-2016"da qrup mərhələsinin oyunları davam edir. SİA-nın məlumatına görə, C qrupunda daha iki oyun keçirilib. İlk görüşdə Almaniyaya uduzan Ukrayna millisi Şimali İrlandiya ilə üz-üzə gəlib. Mixail Fomenkonun komandası gözlənilmədən bu oyunda da uduzub - 0:2. Şimali İrlandiya isə Avropa çempionatının final mərhələləri tarixində ilk qələbəsini qazanıb.

Digər görüşdə Almaniya Polşa ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.

16 iyun

C qrupu
Almaniya – Polşa 0:0

Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Sen-Deni. "Stad de Frans"

Ukrayna - Şimali İrlandiya 0:2
Qol: Makoli, 49, Makgin, 90+6
Baş hakim: Pavel Kralovets
Yan xətt hakimlər: Roman Slışko (Slovakiya), Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Mixal Patak (hamısı Çexiya)
Lion, "Lyumler" stadionu

N Komandalar O Q H M T-F X
1 Almaniya 2 1 1 0 2-0 4
2 Polşa 2 1 1 0 1-0 4
3 Şimali İrlandiya 2 1 0 1 2-1 3
4 Ukrayna 2 0 0 2 0-4 0

Bütün xəbərlər Facebook səhifəmizdə