Rusiya yığmasının və "Tottenhem"in futbolçusu Roman Pavluçenko "Bakı"nın baş məşqçisi Aleksandr Starkovu alsaq adlandırıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu latviyalı mütəxəssislə "Spartak"da çalışdığı vaxtları xatırlayıb.
"Starkov alçaq adam idi, bir şeyi deyirdi, başqa şey edirdi. Poqrebnyak düz danışırdı, ona demişdi ki, "Biz Pavlyuçenkonu satırıq, sən oynayacaqsan". Amma mənə hər şeyi tam əksinə. Onlar adam yox, qorxaq idilər, onların komandasında sevimlilər vardı, onlara başqalarından fərqli davranırdılar. Hətta bunu gizlətmirdilər belə. Bir dəfə bizdə Tarasovkada məşqdən sonra nahar idi. Günorta saat birdə başlayırdı. Mən bufetə oyunçulardan birinci - 12:50-də daxil oldum. Özümə birinci yeməyi götürməyə gedirdim, birdən Starkov dedi: "Roma! Vaxta bax, hələ 10 dəqiqə qalır. Gəl qabı qoy, get, vaxtı gözlə. Boşqabı qoydum, oturdum, 20 saniyə keçdi. Bir oyunçu daxil oldu. Sakitcə özünə sup töküb, oturub yedi. Mən Starkova tərəf çöndüm, ona baxdım, o da mənim gözlərimin qabağında qızarır. Deyirəm "hələ 10 dəqiqə qalıb, 10 dəqiqə gözləmək lazımdı". O da saata baxıb deyir: "Hə, yaxşı Roma, get, ye". Axı bu necə olar? Bu məgər adamdı? Düzünə qalsa, o an mən elə istədim ki, gedim onun başını partladım. Sonra da komandadan gedim, çünki belə eləmək olmaz. Bax, Starkov belə idi. Elə ona görə də onu heç kəs sevmirdi. Onun komandada ləqəbi vardımı? Yalnız ədəbsiz", deyə Pavluçenko bildirir.
Qeyd edək ki, Pavluçenko 2003-2008-ci illərdə "Spartak"da oynayıb. Starkov isə 2004-2006-cı illərdə Moskva "Spartak"ında çalışıb.//fanat.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB