Oyunların vaxtı elektron poçtla göndəriləcək

Oyunların vaxtı elektron poçtla göndəriləcək

Müasir idarəetmə sisteminin tələblərinə uyğun olaraq, AFFA-nın bayrağı altında keçirilən "Azercell U-17 Liqa" və "Kapital Bank U-15 Liqa"da çıxış edən klublarla məlumat mübadiləsinin effektivliyini və sürətini artırmaq məqsədilə, qeyd olunan liqalarda oyunların başlanma vaxtı ilə bağlı məlumatların AFFA-nın müvafiq departamentindən klublara elektron poçt (e-mail) vasitəsilə göndərilməsi qərara alınıb. Siasport.az saytı xəbər verir ki, gələcəkdə bu sistemin əhatəsinin genişləndirilməsi və bütün turnirlərdə tətbiqi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə