Aleksandr Starkov cənubi amerikalılara qarşı

Aleksandr Starkov cənubi amerikalılara qarşı
Aleksandr Starkov yeni ildə Latviya milli komandasının sükanı arxasında ilk oyununa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, Latviya yığması 9 fevral 2011-ci il tarixdə Boliviya milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Starkov Boliviyaya qarşı Azərbaycan liqasından 4 oyunçu dəvət edib.
Qarşılaşma Antalyanın "Mərdan Palas" otelinin meydanında keçiriləcək. Oyun başa çatmasından sonra Aleksandr Starkov Bakıya qayıdacaq.

Xatırladaq ki, təcrübəli məqşçi qarşılıqlı razılığa əsasən "Bakı" futbol klubu ilə bərabər Latviya milli komandasının məşqçiliyini də həyaya keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə