"Bakı" hazırlıqları davam etdirir

"Bakı" hazırlıqları davam etdirir
"Bakı" klubunun təlim-məşq bazasında hazırlığın ikinci hissəsinə start verən komanda dünən bir məşqlə kifayətləndi. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Aleksandr Starkovun Latviya milli komandasının sükanı arxasında Boliviya yığması ilə oyuna hazırlaşması səbəbindən komandanı məşqə Novruz Əzimov və İqor Klimovs çıxardılar.

Saat 16:00-da Bakı futbol klubunun təlim məşq bazasında keçirilən məşqdə komandanın bütün üzvləri iştirak etdi. Fiziki təmrinlər üzərində qurulan məşq yüngül qaçışla tamamlandı.

Qeyd edək ki, komanda qış fasiləsindən sonra Premyer Liqada ilk oyununu fevral ayının 12-də evdə "Muğan"a qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə