Buzadırmanma üzrə Dünya Kuboku yarışlarının üçüncü mərhələsi keçirilib
Buzadırmanma üzrə Dünya Kuboku yarışlarının üçüncü mərhələsi Rumıniyanın Buşteni şəhərində keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan yığmasının tərkibində Leyla Əliyeva, Dilarə Cəfərova, Əli Abdullayev, Firuz Dadaşov, Mövsüm Şirəliyev çıxış ediblər. İdmançılarımızın mübarizə apardıqları əsas intizam sürət olub.
Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, Dilarə Cəfərova 125 iştirakçı arasında 9-cu, Leyla Əliyeva isə 11-ci olub.
Kişilərin yarışında 28 idmançı iştirak edib. Əli Abdullayev və Firuz Dadaşov ikinci təsnifat mərhələsinə keçərək müvafiq olaraq 15 və 16-cı yerləri tutublar. Mövsüm Şirəliyev məşq zamanı zədələnməsinə baxmayaraq, özünü səfərbərliyə alaraq 18-ci yeri tutub.
Azərbaycan yığması İsveçrədə keçirilmiş əvvəlki mərhələyə nisbətən bu turnirdə nəticələrini xeyli yaxşılaşdıra bilib.
Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu hakimlər sırasında olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB