“Qalatasaray” “Barselona”nın rekordunu qırdı

“Qalatasaray” “Barselona”nın rekordunu qırdı

"Qalatasaray" klubu təkcə öz meydanında "Əskişehirspor"a yaşatdığı 4:2 hesablı məğlubiyyətlə gündəmdə qalmayıb. Siasport.az saytı xəbər verir ki, İstanbul klubu həm də 32 mindən çox möhtəşəm azarkeşinin daha bir jesti ilə də tarixi bir rekord qazanmış olub. Məsələ burasındadır ki, dünyanın ən çılğın və möhtəşəm azarkeşləri sırasında öndə gədən İstanbul klubunun azarkeşləri komandalarına möhtəşəm dəstəklərini "Türk Telekom Arena"nın tribunalarında asdıqları 135 metrlik böyük pankartlarla bütün dünyaya nümayiş etdiriblər və dünyanın diqqət mərkəzində olublar. Ən sıxıntılı günlərində sevimli komandalarına dəstək olan futbol azarkeşləri, bununla həm də İspaniyanın "Barselona" klubuna məxsus olan 290 metrlik pankart rekordunu arxada qoyublar. Bu fakt FİFA və UEFA səviyyəsində də diqqət mərkəzində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə