\"Qarabağ\" klubu qışda etdiyi transferlərlə sıralarını yetərincə genişləndirib. Siasport.az saytı xəbər verir ki, hazırda 29 futbolçusu olan komandada rəqabətin yetərincə yüksək olması sevindirici məqamdır. \"Qarabağ\"da gənc istedadların çoxluğu diqqəti cəlb edən amillərdəndir. Onların oyun praktikası qazanması zərurəti yaranıb. Belə gənclərdən Tural İsgəndərov və Murad Səttarlı oyun praktikası qazanmaq üçün MOİK-ə icarəyə verilib. 18 yaşlı gənclərin icarə müddəti sadəcə 6 aylıq müddətə nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB