Argentinalı Karlos Tevez artıq "Mançester Siti"nin vazkeçilməz ulduzuna çevrilir. Siasport.az saytı xəbər verir ki, İngiltərə Premyer Liqasının sonuncu qarşılaşmasında "Mançester Siti"nin öz meydanında "Vest Bromwich" klubu ilə keçirdyi qarşılaşmada rəqibə üç cavabsız qol vuran argentinalı, ərəb şeyxlərinin də diqqətindədir. Bir sıra ingilis qəzetlərinin guya K.Tevezin İtaliya klublarından birinə satılacağı ilə bağlı yazdıqları informasiyalar "Mançester Siti" rəhbərliyi tərəfindən də rədd edilib. Klubun yaydığı məlumatda belə bir transferin gündəmdə olmadığı və klub sahiblərinin də argentinalının nümayiş etdirdiyi futboldan məmnun olduqları diqqətə çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB