Flavinyo: ""Xəzər Lənkəran"la oyunda qələbə "Neftçi" üçün çox vacibdir."
"Neftçi" PFK-nın yarımmüdafiəçisi Flavinyo "Xəzər-Lənkəran"la oyun öncəsi klubun rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Təbii ki, bu bir derbi oyunudur. Belə görüşlərdə uduzmaq hər zaman futbolçulara pis təsir edir. Biz bu oyunda mütləq qələbə qazanmalıyıq. Gözəl təlim-məşq toplanışı keçmişik. Komandamızın heyətinə güclü futbolçular cəlb edilib. Bu qələbə "Neftçi" üçün çox vacibdir. Bizim "Xəzər Lənkəran"la bir xal fərqimiz var, əgər qələbə qazansaq, xal fərqimiz artacaq. Bu matça tam hazıram. Baş məşqçimiz şans versə, çalışacağam ki, meydanda 90 dəqiqə mübarizə aparmaqla komandama əlimdən gələn köməyi edim. "Xəzər-Lənkəran"la oyun mənim üçün çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB