Antalyadan ikinci təlim-məşq toplanışından qayıdan flaqman, iki günlük istirahətin ardından məşqlərə başlayıb. Siasport.az saytı xəbər verir ki, səhər saatlarında baş tutan məşqdə, komanda üzvləri ilk olaraq trenajor zalında fiziki hazırlıq üzrə məşqçi Mehmet Akın rəhbərliyi altında müxtəlif hərəkətləri yerinə yetiriblər. Sonra məşq prosesi klubun bazasının yaşıl meydanında davam etdirilib. Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında futbolçular qaçışla kifayətləniblər.

Qeyd edək ki, komanda ikinci məşqini saat 17:00-da keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə