Azərbaycan Premyer Liqasına sponsorluq edən Unibank növbəti biabırçılığa imza atıb. Bir vaxtlar "ayın futbolçusu" seçilən gürcü oyunçu Georgi Adamiyanın 1111 manat pul mükafatını 7 ay gecikdirən Unibank, indi də 2800 (iki min səkkiz yüz) manatın arxasında "gizlənib". Belə ki, bankda bu işə məsul şəxlər jurnalistlərin gözünə girmək, həmçinin qələm əhlinin tənqid atəşindən yan keçmək üçün 2010-cu ilin dekabr ayında bir layihə gerçəkləşdirib. "Unibank" kuboku adlandırılan bu turnirdə (layihədə) bir neçə TV, qəzet və xəbər portalının yaratdığı komandalar mübarizəyə qoşulub. Beləliklə, turnirin qalibinə, başqa sözlə 1-ci yerə iki min manat, 2-ci yerə isə 8 yüz manat pul mükafatı veriləcəyi deyilmişdi. . İki ay davam edən mübarizənin sonunda fianlçılar ANS TV və Futbol+ qəzeti oldu. İndi keçək əsas mətləbə...
Saytımıza banka yaxın mənbədən daxil olan məlumata görə, Unibank 2800 manat pul mükafatını verməmək üçün final matçını keçirmir. Səbəb olaraq isə, finalçılara heç bir söz deyilmir. Bundan əlavə üçüncülük uğrunda da iki komanda-"KomandA" qəzeti və Olimpiya.az saytının oyunu keçirliməlidi. Lakin bu matçdan da heç bir səs-səda yoxdur. Mənbənin sözlərinə görə, final matçının keçirilməməsinə səbəb Unibank-ın mükafat olaraq 2800 manatı ödəmək istəməməsi göstərilir. İndi bu hərəkətiylə Unibank nəinki jurnalistlərin etimadını qazana bilər, hətta qələm əhlinin daha ciddi tənqid hədəfinə çevrilə bilər.
Sonda qeyd edək ki, xəbərlə bağlı Unibank tərəfinin mövqeyini və fikirlərini dərc etməyə hazırıq.//stadium.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB