Sebastian Fettel: "Bakı səfərimizi səbirsizliklə gözləyirəm" AÇIQLAMA
Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisi ərəfəsində Sebastian Fettel və yarış mühəndisi Rikkardo Adami Bakı Şəhər Halqası haqqında fikirlərini bildiriblər. SİA-nın məlumatına görə, S.Fettel Bakıya səfəri səbirsizliklə gözlədiyini qeyd edib: "İlk öncə onu qeyd edim ki, Azərbaycan haqqında çox az məlumatım var. Bildiyimə görə Bakı, Xəzər dənizi sahilində yerləşir. Bakı səfərimizi səbirsizliklə gözləyirəm. Trek haqqında çox sayda maraqlı fikirlər eşitmişəm - trekin tarixi yerlərdən keçən hissəsi, ensiz döngələr. Bizi möhtəşəm yarış gözləyir. Yeni şəhərlərə səfər etməyi və yeni treklərlə tanış olmağı çox sevirəm.
Şəhər treklərinə hər zaman pərəstiş edirəm. Bu treklər adətən çox çətin keçilir, təpəli və ensiz küçələri olur. Ümid edirəm ki, Bakı treki gözləntilərimizi doğruldacaq və şəhər trekləri arasında öz yerini tutacaq".
Rikkardo Adami Bakı Şəhər Halqasını təhlil etdiyini vurğulayıb: "Kanada Qran Prisindən sonra Formula-1 ilk dəfə Bakıya səfər edir. Hələ ki, treki yalnız simulyatorda test etmişik. Bəzi xüsusiyyətlərini anlamaq üçün, Sebastian ilə xüsusi proqramda çalışmışıq. Trek çox çətindir. Belə ki, döngələr müxtəlifdir və uzun düzlük var. Həmçinin artıq məşhur olan ensiz 8-ci döngəni qeyd etmək istərdim. Pilotlar dəqiqliklə bu döngədən keçməlidirlər. Bu, tamaşaçıların çox xoşuna gələcək.
Bakıda hava Kanadadan çox fərqlənir. Burada havanın çox isti və küləkli olacağı gözlənilir. Belə şəraitdə düzgün sazlamalar seçmək və uzun düzlükdə sürət baxımından optimal balans yaratmaq çətin olacaq.
Nəzəri cəhətdən maşının aerodinamikası asfalta yatma qüvvəsinin aşağı səviyyəsinə sazlanmalıdır. Çünki düzlükdə maksimal sürət yığmaq zəruridir. Amma, əvvəldə də dediyim kimi, kompromis əldə etməliyik ki, maşın İçəri Şəhərdə olan yavaş döngələrdə effektiv olsun. Bizi çox maraqlı həftəsonu gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB