Ukrayna Şimali İrlandiya ilə, Almaniya Polşa ilə oynayacaq

Ukrayna Şimali İrlandiya ilə, Almaniya Polşa ilə oynayacaq

"Avro-2016"da qrup mərhələsinin oyunları davam edir. SİA-nın məlumatına görə, bu gün C qrupunda II turun oyunları keçiriləcək. İlk görüşdə Almaniyaya uduzan Ukrayna millisi Şimali İrlandiya ilə üz-üzə gələcək. Aktivində xalı olmayan Mixail Fomenkonun komandasının qrupdan çıxmaq şansı qalır.

Almaniya isə Polşa ilə qarşılaşacaq.

16 iyun

C qrupu

20:00 Ukrayna - Şimali İrlandiya

Baş hakim: Pavel Kralovets
Yan xətt hakimlər: Roman Slışko (Slovakiya), Tomaş Mokruş
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Mixal Patak (hamısı Çexiya)
Lion, "Lyumler" stadionu

23:00 Almaniya - Polşa
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Sen-Deni. "Stad de Frans"

N Komandalar O Q H M T-F X
1 Almaniya 1 1 0 0 2-0 3
2 Polşa 1 1 0 0 1-0 3
3 Ukrayna 1 0 0 1 0-2 0
4 Şimali İrlandiya 1 0 0 1 0-1 0

Bütün xəbərlər Facebook səhifəmizdə