UEFA-nın Rusiya millisini Avropa çempionatından çıxara biləcəyi ilə bağlı son xəbərdarlığına baxmayaraq, bu komandanın Slovakiyaya qarşı bu gün keçirilən oyununda məşəl yandırılıb. Halbuki UEFA həm də buna görə Rusiya Futbol İttifaqına cəza tətbiq etmişdi.
SİA-nın məlumatına görə, bugünkü hadisə ilə əlaqədar UEFA-dan goal.com saytına açıqlama verilib. Qurumun rəsmisi bildirib ki, məşəlin yandırılması səbəbindən Rusiya millisi "Avro-2016"dan uzaqlaşdırılmayacaq.
"Yarışdan ixrac cəzası yalnız və yalnız meydanda və meydandan kənarda zorakılıq hallarına görə ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB