İspaniyanın "Real Madrid" futbol klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyo ispaniyalı jurnalistlərin bir sıra suallarını cavablandırarkən, kral klubunun türk əsilli forvardı Məsut Özil ilə bağlı suallara da aydınlıq gətirib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəsissi, M.Özilin hələ çox gənc olduğunu və qarşıda onu böyük bir parlaq gələcəyin gözlədiyini bildirib: "Onu çox sıxmaq və ondan hələ vaxtından əvvəl böyük nəticələr tələb etmək haqsızlıqdır. O hələ bir uşaqdır. 22 yaşı var, amma "Real Madrid"də və Almaniya Milli Komandasında böyük məsuliyyət altındadır. Dünənki qarşılaşmada Di Marianın mövqeyində oynadı və çox bacarıqla bu işin öhdəsindən gəldi. Belə görürəm ki, o artıq hər kəsin ürəyini fəth edir. Açıq deyirəm ki, "Real Madrid" ən azı 10 illik bir müddətdə usta bir futbolçuya indidən sahib çıxıb."-deyə portuqaliyalı baş məşqçi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB