Mövsümün əvvələrində Almaniyanın "Volfsburg" futbol klubundan böyük ümidlərlə İstanbulun "Qalatasaray" futbol klubuna transfer olunan bosniyalı futbolçu Misimoviç, türk klubu üçün böyük bir problemə çevrilib. Siasport.az saytı xəbər verir ki, klubun rumıniyalı baş məşqçisi Georgi Hagı ilə uzun müddətdir ki, əsl münaqişə vəziyyətində olan və klubun heyətində meydana çıxmayan bosniyalı futbolçunun "Qalatasaray"ın bu ağır vaxtlarında start heyətində yer almasında, artıq İstanbul klubunun rəhbərliyi də israr edir.Dünən "Türk Telekom Arena"da "Eskişehirspor" futbol klubunu darmadağın edərək mövcud böhrandan çıxmağa çalışan "Cim Bom"da, artıq rəhbərlik mövcud problemi yerinə qoymaq üçün əllərini çırmalayıb. Klubun prezidenti Adnan Polat da artıq məsələyə müdaxilə edib. Məlumata əsasən, klubun belə ağır günlərində baş məşqçinin daha çox öz şəxsi iddialarını önə çıxarması A.Polatı da özündən çıxarıb. İstanbul klubunun rəhbərinin bazar ertəsi G.Hagı ilə görüşüb onu bu israrına son qoyaraq Misimoviçi start heyətinə daxil etməyə razı salacağı bildirilir. Artıq bütün titullardan əlini üzən "Qalatasaray"ın yeganə ümidi olan kubok da əldən getmək üzrədir. Belə ki, Türkiyə Kuboku uğrunda keçirilən yarımfinal oyununun ilk qarşılaşmasında rəqib meydanından 3:2 hesablı məğlubiyyətlə geri dönən İstanbul klubu üçün cavab qarşılaşması da ağır keçəcək. Bu isə klub rəhbərliyinin baş məşqçi G.Hagıya olan ümidlərini tükədir və onun üzərindəki təzyiqi də artırmış olur. "Qalatasaray"ın İdarə heyətinin daha bir üzvü olan Murat Yalçındağ da həmkarı olan Alı Haşhaşın dalınca G.Hagıya qarşı sərt danışaraq bildirib ki, Almaniyada qol kralı olan bir futbolçunu öz şəxsi ədavəti üzündən kənarda qoyan baş məşqçi komandaya böyük ziyan vurur və İstanbul klubunun rəhbərliyi bosniyalı futbolçunun heyətə qaytarılmasında israrlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə