Avstraliyalı yürüşçü Daniel Rikkardo Avstriyanın "Red Bull" komandası ilə müqavilənin müddətini uzadıb. Sazişin müddəti 2018-ci ilin sonuna qədər uzadılıb. Müqavilədə pilot üçün bir mövsümə görə 10 milyon avro məbləğində əmək haqqı nəzərdə tutulub. Bu məbləğ Ditrix Mateşitsin komandasında indiki əmək haqqından iki dəfə çoxdur.
Əvvəllər D.Rikkardonun "Red Bull"u tərk edəcəyi barədə şayiələr gəzirdi. Avstraliyalı pilotun "Ferrari" komandasında Sebastyan Fettellə ortaq işləyəcəyi təxmin edilirdi. Hazırda D.Rikkardo Kimi Raykkoninin yerinə potensial namizədlər siyahısından çıxır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB