Bu gün futbol üzrə XV Avropa çempionatının beşinci günündə "F" qrupunda yer alan Avstriya və Macarıstan yığma komandaları qarşılaşıb. "Stad de Bordo" stadionunda oynanılan görüşü fransalı referi Klemen Turpin idarə edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ilk hissəsi qolsuz heç-heçə ilə başa çatıb.

Fasilədən sonra komandalar hesabı açmaq üçün səyləri daha da artırıblar. Matçda daha gözəl oyun nümayiş etdirən Macarıstan yığmasının hücumları 62-ci dəqiqəsində bəhrəsini verib. Fiola ilə Szalai divar ötürmələri ilə Avstriyanın müdafiə xəttini asanlıqla yarıblar. Bu kombinasiyadan sonra avstriyalı qapıçı Almer ilə təkbətək qalan Szalai mübarizədən qalib ayrılıb – 1:0.

Oyunun 66-cı dəqiqəsində isə avstriyalıların heyətində Draqoviç ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub.
Matçın 87-ci dəqiqəsində Avstriya yığmasını əks-hücumda yaxalayan Macarıstan millisi hesab arasındakı fərqi artırıb. Prişkinin ötürməsindən sonra sürətlə rəqibin cərimə meydançasına daxil olan Stiber topu qapıçının başı üzərindən qapıya göndərib – 2:0.
Komandalar meydana aşağıdakı tərkibdə çıxıb:
Avstriya: 1. Robert Almer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 5. Kristian Fuş, 7. Marko Arnautoviç, 8. David Alaba, 10. Zlatko Yunuzoviç, 11. Martin Harnik, 14. Yulian Baumqartiner, 17. Florian Klayn, 21. Mark Yanko
Ehtiyat oyunçular: 12. Haynz Lindner, 23. Ramazan Özcan, 2. Györgi Qariçs, 6. Stefan İlsanker, 9. Rubin Okotiye, 13. Markus Suttner, 15. Sebastyan Prödl, 16. Kevin Vimmer, 18. Alessandro Şöpf, 19. Lukas Hinterseer, 20. Marsel Şabitser, 22. Yakob Yançer
Macarıstan: 1. Qabor Kiray, 2. Adam Lanq, 4. Tamas Kadar, 5. Atilla Fiola, 7. Balaş Cucak, 8. Adam Naqi, 9. Adam Salai, 10. Zoltan Gera, 11. Kristian Nemet, 15. Laslo Klaynhaysler, 20. Riçard Quzmiçs
Ehtiyat oyunçular: 12. Denes Dibuşz, 22. Peter Qulaşi, 3. Mihail Korhut, 6. Akoş Elek, 13. Daniel Böde, 14. Görge Lovrenisçis, 16. Adam Pinter, 17. Nemanya Nikoliç, 18. Zoltan Stayber, 19. Tamas Prişkin, 21. Barnabas Bese, 23. Roland Yuhaz.
"Avro-2016"nın F qrupunda keçirilən Avstriya - Macarıstan oyunundan hazırlanmış videogörüntünü təqdim edirik
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB