“Mançester Yunayted” daha məğlubedilməz komanda deyil!

İndi İngiltərə Premyer Ligasında məğlubedilməz komanda qalmadı. Siasport.az saytı xəbər verir ki, əgər bir neçə gün bundan əvvəl "Mançester Yunayted" futbol klubu bu uğuru ilə öyünə bilərdisə, artıq bu da tarix arxivinə köçmüş bir xatirəyə çevrildi. Məsələ burasındadır ki, "qırmızı şeytanlar" Premyer Liganın aşağı pilləsində var-gəl edən "Wolverhampton Wolves" klubuna 2:1 hesabı ilə uduzaraq yenilməzlik seriyası ilə də vidalaşmalı oldular. Hərçənd hər şey "Mançester Yunayted" üçün yaxşı başlamışdı. Qarşılaşmanın elə 1-ci dəqiqəsindəcə İngiltərə Premyer Ligasının lideri Naninin qolu ilə 1:0 hesabı ilə önə keşib. Bir çoxları "Mançester Yunayted"in gücsüz rəqibinə böyük hesabla divan tutacaqını gözləsələr də, hər şey əksinə olub. Lider komandanın və onun futbolçularının sevinci uzun çəkməyib. Cəmi 10 dəqiqə sonra rəqib futbolçu Elokobiy "Qırmızı şeytanlar"ın torunu silkələyib 1:1. Bu azmış kimi, vurulan qoldan şoka düşən "Mançester Yunayted" klubunun futbolçuları, qarşılaşmanın 40-cı dəqiqəsində rəqib futbolçu Doyleyin qolu ilə bərabərluk arzularını da dəfn ediblər. Bu qol nəticəsində rəqibinə 2:1 hesabı ilə uduzan "qırmızı şeytanlar"ın çempionluq uğrunda mübarizədə böyük zərbə aldıqlarını qeyd etmək lazımdır. Çünki çempionluq uğrunda mübarizəyə qoşulan digər klublar bundan faydalanmağa çalışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə