Olqa İsmayılova: "Olimpiada təcrübəm var" AÇIQLAMA

Olqa İsmayılova: "Olimpiada təcrübəm var" AÇIQLAMA

"Rio-2016" Yay Olimpiya Oyunlarında trek velosipedinin sprint və keyrin növlərində Azərbaycanı təmsil edəcək Olqa İsmayılova jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o qeyd edib ki, Olimpiadaya lisenziya son iki ilin göstəriciləri əsas götürməklə hesablanır: "Sevinirəm ki, iki dünya, iki Avropa çempionatı və 6 Dünya Kuboku mərhələ yarışlarının nəticəsinə əsasən Olimpiadaya vəsiqə qazanmışam. Trek velosipedi daim hərəkətdə olan, bahalı idman növüdür. Əlimdən gələni edəcəyəm ki, Olimpiadada uğurlu çıxış edim".

Velosipedçi artıq Olimpiada təcrübəsi olduğunu vurğulayıb: "Mən 2012-ci ildə Olimpiya Oyunlarında Belarusu təmsil etmişəm. Yəni, Olimpiada təcrübəm var. Nə ilk Oyunlarda, nə də indi hər hansı ajiotaj yaşamamışam. Qeyd edim ki, Belarus yığmasının heyətində dünya və Avropa çempionu da olmuşam".

İdmançı Olimpiadadan öncə, növbəti ayın əvvəli Polşada beynəlxalq turnirdə iştirak edəcəyini qeyd edib. O vurğulayıb ki, beynəlxalq yarışdan sorna isə Portuqaliyada müasir trekdə təlim-məşq toplanışına qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə