Artıq Nikola Anelkanın İngiltərə Premyer Liqasındakı futbol həyatı da bitmək üzrədir. Siasport.az saytı xəbər verir ki, daima qalmaqallı futbol həyatı yaşayan N.Anelka artıq Roman Abromoviçin komandası ilə də yollarını ayırır.
Xatırladaq ki, bu fransız fufbolçu bir neçə il bundan əvvəl İstanbulun "Fənərbaxça" futbol klubunda çıxış etmiş, ancaq İstanbuldan da qalmaqalla ayrılmışdı. Artıq İngiltərədə də işləri düz gətirməyən fransız futbolçu bu dəfə ABŞ-ın yolunu tutmaq istəyir. Fransada nəşr olunan "L’Equipe" qəzeti yazır ki, N.Anelka ABŞ-da futbol həyatı yaşayan keçmiş "Barselona"lı olan fransız əsilli Tieri Anrinin formasını geydiyi "New York Red Bulls" klubuna transfer olunmaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB