Tibb Universitetinin idman zalında keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, qadınların şəxsi yarışında B.Cəfərova qızıl, R.Quliyeva gümüş, S.Abbasova isə bürünc medallara layiq görüllər.
Kişilər arasında 1-ci yeri Ramin Cəfərov, 2-ci yeri Rüstəm Əliyev, 3-cü yeri isə Xəyal Həşimov tutub. Qarışıq qoşa yarışlarda fəxri kürsünün yüksək pilləsinə R.Əliyev–R.Quliyeva cütlüyü qalxıb. Kişilərin qoşa yarışında R.Abraamov–R.Əliyev, qadınların qoşa mübarizəsində isə B.Eminova–Z.Əliyeva cütlükləri qalib adını qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB